Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Son üç ay ərzində Bakı şəhəri ərazisində bir sıra oğurluq cinayətlərini törətmiş Yevlax rayon sakini A.Məmmədov və Gəncə şəhər sakini P.Niyazov saxlanılmışlar

04.03.2016

Əlahiddə Çevik Polis Alayı, Xəzər RPİ 2-ci PB və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 10-dan bu il fevralın 18-dək olan müddətdə Bakı şəhər sakinləri X.Xəlilova məxsus mağazadan, N.Zamanzadəyə məxsus çantadan, İ.Vəliyevaya və İ.Əliyevaya məxsus gözəllik salonundan pul, tütün məmulatı, ərzaq məhsulu və məişət əşyası oğurlamış Yevlax rayon sakini Alişan Məmmədov və Gəncə şəhər sakini Pərviz Niyazov saxlanılmışlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha 3 nəfərə məxsus mağaza və gözəllik salonundan pul, danışıq kartları, tütün məmulatı və ərzaq məhsulları oğurlamaları da müəyyən edilmişdir.

04.03.2016 tarixinə olan kriminal məlumatlar