Oğurluq etdiyinə görə tutulmuş S.Məmmədovun digər şəxslə birgə V.Cəfərova məxsus evdən də oğurluq etməsi müəyyən edilmişdir
27.02.2016Fevralın 10-da oğurluq etdiyinə görə tutulmuş Səbuhi Məmmədovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Gəncə ŞBPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il martın 1-də şəhər sakini Məhərrəm Əliyevlə birgə Vaqif Cəfərova məxsus evdən 270 manat, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat tədbirləri ilə M.Əliyev tutulmuşdur.