Paytaxtın Nizami rayonu ərazisindən “Hyundai” markalı avtomobili qaçırmış şəhər sakini M.Bağırov tutulmuşdur
27.02.2016Fevralın 27-də saat 15 radələrində paytaxtın Nizami rayonunun Ə.Kürçaylı küçəsindən Bakı şəhər sakini Rasim Babayevin idarə etdiyi “Hyundai” markalı avtomobil qaçırılmışdır.
Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Məmmədbağır Bağırov tutulmuşdur.