Sabirabad rayon sakini Dövlət Sabirlidən saxta əskinaslar götürülmüşdür
24.02.2016Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Dövlət Sabirlidən 8 ədəd 100 manatlıq, 52 ədəd 50 manatlıq və 11 ədəd 20 manatlıq, ümumilikdə 3620 manatlıq saxta əskinas götürülmüşdür. Onun yaşadığı Sabirabad rayonunun Kürkənd kəndindəki evinə baxış zamanı isə “HP” markalı printer aşkar edilərək götürülmüşdür.