Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nizami rayonunun Özbəkistan küçəsində yol-nəqliyyat hadisəsi

24.02.2016

Fevralın 24-də saat 10 radələrində paytaxtın Nizami rayonunun Özbəkistan küçəsində Bakı şəhər sakinləri Anar İsmayılovun 62 saylı xətt üzrə idarə etdiyi “Daewoo” və Rəfayel Musayevin 36 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtobuslar toqquşmuşdur. Nəticədə R.Musayevin sərnişinlərindən paytaxt sakini Asif Nəsirov hadisə yerində ölmüş, özü və 12 sərnişini xəstəxanaya yerləşdirilmişlər. Həyata keçirilmiş tədbirlərlə A.İsmayılov tutulmuşdur.  
Nizami RPİ tərəfindən araşdırma aparılır.