Bakı şəhər sakini Əfqan Rzayevə bıçaqla xəsarət yetirmiş Ağadədə Ağazadə tutulmuşdur
24.02.2016Fevralın 23-də Xətai rayonunun Mingəçevir küçəsində Bakı şəhər sakini Ağadədə Ağazadə münaqişə zəminində paytaxt sakini Əfqan Rzayevə bıçaqla xəsarət yetirmişdir.
Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Ağazadə tutulmuşdur.