29 ədəd dəmir borunu oğurlamağa cəhd göstərmiş Sumqayıt şəhər sakinləri İsa Ağayev, Tural Quliyev və Ceyhun Məhərrəmov tutulmuşlar
24.02.2016Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-nə keçən gecə rayonun Novxanı qəsəbə sakini Rafiq Əkbərova məxsus torpaq sahəsindən 29 ədəd dəmir borunu oğurlamağa cəhd göstərmiş Sumqayıt şəhər sakinləri İsa Ağayev, əvvəllər məhkum olunmuşlar - Tural Quliyev və Ceyhun Məhərrəmov tutulmuşlar.