Oğurluq etmiş Mingəçevir şəhər sakini Pərviz Yusifov tutulmuşdur
23.02.2016Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də şəhər sakini İslam Saxvanovun evindən təmir-tikinti alətləri oğurlamış həmyerlisi, əvvəllər məhkum olunmuş Pərviz Yusifov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün daha bir nəfərin mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.