Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Neftçala rayon sakini Şərqiyyə Tağıyeva yerləşdirildiyi xəstəxanada ölmüşdür
23.02.2016Fevralın 22-də saat 19 radələrində Neftçala rayonunun Astanlı kəndində rayon sakini Əli Əliyev idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yolu keçən həmyerlisi Şərqiyyə Tağıyevanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş Ş.Tağıyeva fevralın 23-də orada ölmüşdür.
Neftçala RPŞ tərəfindən araşdırma aparılır.