Oğurluq etmiş Lerik rayon sakini Röyal Ağayev saxlanılmış, daha 1 nəfər isə müəyyən edilmişdir
22.02.2016Yanvarın 18-dən 28-dək olan müddətdə Xırdalan şəhərində “Xırdalan Süd” ASC-yə məxsus anbardan 55000 manat dəyərində inşaat materialları oğurlanmışdır.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş oranın mühafizəçiləri - Lerik rayon sakini Röyal Ağayev saxlanılmış, daha 1 nəfər isə müəyyən edilmişdir.