Abşeron rayonunun Novxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi
22.02.2016Fevralın 22-də saat 13 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində qəsəbə sakini Ağarza Müseyibov idarə etdiyi “QAZ-3110” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurmuş və hadisə yerində ölmüşdür.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.