Avtomobillərdən akkumulyator oğurlamış paytaxt sakini Vüsal Zeynalzadə tutulmuşdur
19.02.2016Nizami RPİ 24-cü əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-na keçən gecə Bakı şəhər sakini Yavər Cəfərova məxsus “KamAZ” markalı avtomobildən akkumulyator oğurlamış paytaxt sakini Vüsal Zeynalzadə tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevral ayının 16-dan 19-dək olan müddətdə daha 3 nəfərə məxsus avtomobillərdən akkumulyator oğurlaması da müəyyən edilmişdir.