Oğurluq etdiklərinə görə tutulmuş Bakı şəhər sakinləri Vüsal Səmədov və Murad Mirzəyevin digər cinayət əməlləri də müəyyən edilmişdir
19.02.2016Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də Əyyub Abbasova məxsus mağazadan 376 manat oğurlamış Bakı şəhər sakinləri Vüsal Səmədov və Murad Mirzəyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha 2 mağazadan oğurluq etmələri də müəyyən edilmişdir.