Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağcabədi rayonunun Kürdlər kənd sakinləri Aydın Şirinovun, Hikmət Hüseynov və Fərrux Hüseynlinin cinayət əməlləri müəyyən edilmişdir

18.02.2016

Fevralın 14-də Bulud Quliyevin 67 qoyununu oğurladığına görə tutulmuş Aydın Şirinovun ətrafında Ağcabədi RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun qeyd edilən cinayət əməlini Kürdlər kənd sakinləri Hikmət Hüseynov və Fərrux Hüseynli ilə birgə törətməsi müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A.Hüseynov və F.Hüseynli də tutulmuşlar. Onların Y.Xəlilova məxsus 26 qoyunu, S.Quliyevə məxsus 38 qoyunu, M.Tagıyevə məxsus 5 inəyi, habelə 2015-ci il ərzində rayon sakinləri X.Hüseynova məxsus 38 qoyunu, Ş.Rzayevə məxsus 21 qoyunu, P.Məmmədova məxsus 15 baş qoyunu, Ş.Bayramova məxsus 63 qoyunu və cari il yanvar ayının 11-də İ.Cəfərova məxsus 1 inəyi oğurlamaları da müəyyən edilmişdir.

18.02.2016 tarixinə olan kriminal məlumatlar