Göygöl şəhərində yol-nəqliyyat hadisəsi
18.02.2016Fevralın 18-də saat 23 radələrində Göygöl şəhərində rayon sakini Qədim Abdıyevin idarə etdiyi “VAZ-2107” və Gəncə şəhər sakini Araz Tanrıverdiyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşmuşdur. Nəticədə hər 2 sürücü və A.Tanrıverdiyevin 1 sərnişini, habelə Q.Abdıyevin 1 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.