Sabirabad şəhər sakini R.İsmayılovu qətli törətməkdə şübhəli bilinən Saatlı rayon sakini E.Məmmədov tutulmuşdur
12.02.2016Fevralın 12-də Sabirabad şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Raqif İsmayılov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.
Polis və prokurorluq orqanları əməkdaşlarının apardığı tədbirlərlə qətli törətməkdə şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Məmmədov tutulmuşdur.