Nəsimi rayonunun Cavadxan küçəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini A.Səttarzadə vurulmuşdur
12.02.2016Fevralın 12-də saat 01 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Azad Səttarzadə vurulmuşdur. A.Səttarzadəyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.