Füzuli rayonunun Horadiz şəhər sakini İxtiyar Qasımov və Şəhriyar Həsənov tutulmuşlar
01.02.2016Fevralın 1-nə keçən gecə Füzuli rayonunun Horadiz şəhərində şəhər sakini Rasim Məmmədova məxsus mağazadan 200 manat, tütün məmulatı və danışıq kartları oğurlanmışdır.
Füzuli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerliləri, əvvəllər məhkum olunmuş İxtiyar Qasımov və Şəhriyar Həsənov tutulmuşlar.