Bakı şəhər sakini C.Hüseynbəylinin mobil telefonunu açıq talama yolu ilə almış şəxslər tutulmuşlar
01.02.2016Ötən il yanvarın 31-də Nəsimi rayonu ərazisində şəxsiyyəti məlum olmayan 3 nəfər Bakı şəhər sakini Cümşüd Hüseynbəylinin mobil telefonunu açıq talama yolu ilə almışdır.
Nəsimi RPİ 19-cu PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Pərviz Hüseynli, Tunar Şahməmmədli və Fariz Hüseynov tutulmuşlar.