Oğurluq etdiyinə görə tutulmuş Bakı şəhər sakini Ayaz Əliyevdən 450 qr marixuana da götürülmüşdür
29.01.2016Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da Bəhruz Əliyevin idarə etdiyi “İsuzu” markalı avtomobildən mobil telefon və planşet oğurlamış Bakı şəhər sakini Ayaz Əliyev tutulmuşdur. Ondan 450 qram marixuana da götürülmüşdür.