Ağdaş rayonunun Nemətabad kəndində yol-nəqliyyat hadisəsi
29.01.2016Yanvarın 29-da saat 19 radələrində Ağdaş rayonunun Nemətabad kəndində Mingəçevir şəhər sakini İlham Mustafayevin idarə etdiyi “Dodge”, Nicat Şıxəlizadənin və Əyyub Hüseynovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ə.Hüseynov və sərnişinləri - Məmmədirşad Hacıyev, Limon Hacıyeva, Elmira Hacıyeva, habelə İ.Mustafayevin sərnişinlərindən anası Fərqanə Mustafayeva hadisə yerində ölmüş, özü və 4 sərnişini, eləcə də N.Şıxəlizadə və 1 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
BDYPİ tərəfindən araşdırma aparılır.