Oğurluq etmiş Qusar şəhər sakinləri Emin Əmirbəyov, Ayaz Qurbanov və Fariz Əhmədxanov tutulmuşlar
28.01.2016Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon sakini Mübariz Paşayevin evindən 100 ABŞ dolları və geyim əşyaları oğurlamış Qusar şəhər sakinləri Emin Əmirbəyov, Ayaz Qurbanov və Fariz Əhmədxanov tutulmuşlar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların rayon sakinləri S.Nəcəfova, Z.Əmirxanovaya məxsus evlərdən oğurluğa cəhd göstərmələri, L.Abbasovanın, V.Abdullayevin evlərindən qızıl əşyalar və pul oğurlamaları, həmçinin, E.Əmirbəyovun və A.Qurbanovun Quba şəhər sakini Qalib Sultanovla birgə həmyerliləri Ramiz Dəmirovun evindən sənəd və ətir oğurlanmaları da müəyyən edilmişdir. Həyata keçirilmiş tədbirlərlə Q.Sultanov tutulmuşdur.