Oğurluğa cəhd göstərmiş Gəncə şəhər sakini Pərviz Niyazov tutulmuşdur
28.01.2016Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də şəhər sakini Ənvər Həsənova məxsus mağazadan oğurluğa cəhd göstərmiş həmyerlisi Pərviz Niyazov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 21-də daha bir mağazadan pul oğurlaması da müəyyən edilmişdir.