Bakı şəhər sakini C.Ağayev münaqişə zəminində tanışı S.Salayevanı bıçaqla qətlə yetirərək hadisə yerini tərk etmişdir
22.01.2016Yanvarın 22-də Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan Səbinə Salayevanın evində Bakı şəhər sakini, tanışı, əvvəllər məhkum olunmuş Cəfər Ağayev münaqişə zəminində ona bıçaqla çoxsaylı xəsarətlər yetirib hadisə yerini tərk etmişdir. S.Salayeva hadisə yerində ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.