Ofisdən oğurluğa cəhd göstərdiklərinə görə tutulmuş 3 nəfərin digər mağazadan 1500 manat oğurlamaları da müəyyən edilmişdir
22.01.2016Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də Mahir Əliyevə məxsus ofisdən oğurluğa cəhd göstərmiş şəhər sakinləri Samir Nəcəfov, Paşa Əkbərov və Abşeron rayon sakini Elşad Həsənov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların yanvarın 17-də Bağban Osmanova məxsus mağazadan 1500 manat oğurlamaları da müəyyən edilmişdir.