Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaşlara məxsus avtomobilləri qaçırmış üç şəxs tutulmuşdur

09.01.2016

Yanvarın 9-da Göyçay RPŞ əməkdaşları tərəfindən “Mercedes” markalı avtomobil nəzarət qaydasında saxlanılmış, sürücüsü, rayon sakini Xəyal Ömərov şübhə doğurduğundan RPŞ-yə gətirilmişdir.

Araşdırma zamanı qeyd edilən avtomobilin ötən il dekabrın 23-də Şamaxı rayonu ərazisindən qaçırılmış Murad Allahverdiyevə məxsus “Mercedes” markalı avtomobil olması müəyyən edilmiş və aidiyyəti üzrə Şamaxı RPŞ-yə təhvil verilmişdir.

X.Ömərovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Mehralı Mehralıyev və rayon sakini Elgün Kərimovla birgə ötən ilin noyabr-dekabr ayları ərazində Miryaqub Əmirova məxsus “Mercedes”, Zabit Mirqədirova və Əlibrahim Pənahova məxsus “VAZ” markalı avtomobilləri qaçırması da müəyyən edilmişdir.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə M.Mehralıyev və E.Kərimov da tutulmuşlar.

09.01.2016 tarixinə olan kriminal məlumatlar