Ötən il noyabrın 19-da “Xəyal Adası” MMC-dən yüksək gərginlikli elektrik kabelini oğurlamış şəxslər tutulmuşlar
09.01.2016Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə ötən il noyabrın 19-da Suraxanı rayonunda yerləşən “Xəyal Adası” MMC-dən dəyəri 11303 manat olan 256 metr yüksək gərginlikli elektrik kabelini oğurlamış Bakı şəhər sakini Elçin Mustafazadə və Lənkəran şəhər sakini Samid Hacıyev tutulmuşlar.