Masallı dəmir yolu stansiyasında Cəlilabad rayon sakini M.Ağayevə məxsus 2727 kiloqram kartof məhsulunu oğurlamış şəxslər saxlanılmışlar
09.01.2016Yanvarın 8-də Masallı dəmir yolu stansiyasında yük vaqonundan Cəlilabad rayon sakini Müseyib Ağayevə məxsus 2727 kiloqram kartof oğurlanmışdır.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakinləri Samir Abbasov, Nicat Əkbərov, Yaşar Rüstəmov, Mirmərdan Cəfərov və qardaşı Mirsaleh saxlanılmışlar.