Oğurluq etdiyinə görə tutulmuş C.Cəbiyevin digər bu növ cinayət faktlarını da törətməsi müəyyən edilmişdir
09.01.2016Yanvarın 8-də oğurluq etdiyinə görə tutulmuş Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Cəbi Cəbiyevin ətrafında Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 16-da Aytən Sadıqovanın çantasından pul və sənəd, habelə noyabrın 11-də 61 saylı xətt avtobusunda Göygöl rayon sakini Aytən Bağırzadənin çantasından mobil telefon oğurlaması da müəyyən edilmişdir.