Balakən şəhərində yerləşən “Azəryem” İstehsalat Birliyinin qazanxanasında təbii qazın sızmasından partlayış baş vermişdir
04.01.2016Yanvarın 4-də saat 10 radələrində Balakən şəhərində yerləşən “Azəryem” İstehsalat Birliyinin qazanxanasında təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə oranın bir divarı uçmuş, orada işləyən rayon sakinləri Elçin Əliyev hadisə yerində ölmüş, yanıq xəsarətləri almış Novruz Nastakolov və Anar Bodurov isə xəstəxanaya yerləşdirilmişlər.