Oğurluğa cəhd göstərmiş Corat qəsəbə sakini R.Səfərov tutulmuşdur
04.01.2016Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də Corat qəsəbəsində qəsəbə sakini Hüseyn Quliyevə məxsus mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş həmyerlisi R.Səfərov tutulmuşdur. Ondan 53,254 qram, yaşadığı evə baxış zamanı isə 396,004 qram tiryək aşkar edilərək götürülmüşdür.