Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Göygöl rayon sakini Rövşən İsayev yerləşdirildiyi xəstəxanada ölmüşdür
04.01.2016Ötən il noyabrın 7-də Göygöl rayonunun Zurnabad kəndində rayon sakini Eldəniz Quliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobili aşırmışdır. Nəticədə sərnişinləri, həmyerliləri Rövşən İsayev və Səadət Vəliyeva xəstəxanaya yerləşdirilmiş, R.İsayev yanvarın 3-də orada ölmüşdür.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.