Xaçmaz şəhərindəki mağazalardan birindən oğurluğa cəhd göstərmiş şəhər sakini S.Talıbov saxlanılmışdır
28.12.2015Dekabrın 28-də saat 01 radələrində Xaçmaz şəhərindəki mağazalardan birindən Xaçmaz Rayon Mühafizə Şöbəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal həyata keçirilmiş tədbirlərlə oradan oğurluğa cəhd göstərmiş şəhər sakini Sədi Talıbov saxlanılaraq RPŞ-yə təhvil verilmişdir.