Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yol-nəqliyyat hadisəsi
28.12.2015Dekabrın 28-də saat 17 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini Anar Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə səkidə dayanmış paytaxt sakini Babək Soltanovu vurmuş, idarəetməni itirdiyindən avtomobilini yolun kənarında dayanmış Məmməd Rüstəmova məxsus “Nissan” və Eşqin Vəliyevə məxsus “Mercedes” markalı avtomobillərə çırpmışdır. Nəticədə B.Soltanov hadisə yerində ölmüş, A.Əliyevin 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.