Bakı şəhər sakini Zaur Məmmədova xəsarət yetirmiş Orxan Əhədov tutulmuşdur
27.12.2015Dekabrın 27-də Səbail rayonu ərazisindən Bakı şəhər sakini Zaur Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir.
Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş həmyerlisi Orxan Əhədov tutulmuşdur.