Oğurluq etmiş Bakı şəhər sakini Elşən Məmmədov saxlanılmışdır
27.12.2015Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 14-də rayon ərazisində yaşayan Kənan Bayramovun evindən qızıl və məişət əşyalar oğurlamış Bakı şəhər sakini Elşən Məmmədov saxlanılmışdır.