Ailə-məişət münaqişəsi zəminində qardaşının ölümünə səbəb olmuş paytaxt sakini Elxan Həbibov tutulmuşdur
25.12.2015Dekabrın 25-də Nərimanov rayonu ərazisində paytaxt sakini, əvvəllər məhkum olunmuş Elxan Həbibov ailə-məişət münaqişəsi zəminində qardaşı, əvvəllər məhkum olunmuş Əbülfətə bıçaqla xəsarət yetirmişdir. Əbülfət xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Həbibov tutulmuşdur.