Qısqanclıq zəminində keçmiş həyat yoldaşına bıçaqla xəsarət yetirmiş H.Ağazadə tutulmuşdur
25.12.2015Dekabrın 25-də Yeni Suraxanı qəsəbəsində yaşayan Sədaqət Quliyevanın həyətinə gəlmiş keçmiş əri Hacıbala Ağazadə qısqanclıq zəminində ona bıçaqla xəsarətlər yetirmişdir.
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Ağazadə tutulmuşdur.