Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Dələduzluq etmiş dəstə üzvləri tutulmuşlar

22.12.2015

Martın 24-də Bakı şəhər sakini Rüzigar Əliyev Nərimanov RPİ 16-cı PB-yə ərizə ilə müraciət edərək martın 12-də qızı Gülərin ona xəbər vermədən evdə olan 3500 manat və  19000 ABŞ dolları, habelə bir cüt qızıl sırğanı tanışı, Bakı şəhər sakini Səbuhi Əliyevə verməsini bildirmişdir.

Aparılmış araşdırmalarla Bakı şəhər sakini Səbuhi Əliyevin həmyerliləri Samir İsayev, Nicat İsmayılov, Emin və Turqut adlı şəxslərlə birgə Güləri aldadıb qeyd edilən pulu və qızıl əşyanı alması müəyyən edilmişdir.

Faktla əlaqədar cinayət işi başlanmışdır.      

Həmçinin, N.İsmayılovun əldə olunmuş puldan 9600 ABŞ dollarını gizlətdiyi üçün cari il mart ayının 18-də qrupun digər üzvləri tərəfindən oğurlanaraq əl-qolunu bağlanılaraq Binəqədi rayonu ərazisindəki otellərdən birində saxlanılması, lakin onun bir gün sonra  oradan qaçması da müəyyən edilmişdir.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Əliyev, S.İsayev və N.İsmayılov tutulmuşlar.