Goranboy rayonunun Goran qəsəbəsində yol-nəqliyyat hadisəsi
22.12.2015Dekabrın 22-də saat 18 radələrində Goranboy rayonunun Goran qəsəbəsində Kəlbəcər rayon sakini Fərhad Nəsirov idarə etdiyi “Tatra” markalı avtomobillə yolu keçən Bərdə rayon sakini Zərif Kazımovu vurmuş və idarəetməni itirdiyindən Türkiyə vətəndaşı Fatih Karakayanın idarə etdiyi “BMW” markalı avtomobillə toqquşmuşdur. Nəticədə piyada xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.