Oğurluq etdiyinə görə tutulmuş Lənkəran şəhər sakini Mərdan Əsədullayevin digər cinayət əməlləri də müəyyən edilmişdir
09.12.2015Səbail RPİ 41-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 3-də Günel Zeynalzadəyə məxsus ofisdən noutbuk oğurlamış Lənkəran şəhər sakini Mərdan Əsədullayev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakinləri Süleyman Allahverdiyevə, İsa Musazadəyə məxsus məişət əşyalarını, habelə Abbas Abbasova məxsus avtomobildən 150 manat və bankomat kartı oğurlaması da müəyyən edilmişdir.