Yasamal rayonunun M.Əliyev küçəsində yol-nəqliyyat hadisəsi
09.12.2015Dekabrın 9-da saat 07 radələrində Yasamal rayonunun M.Əliyev küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Azər Yəhyayev vurulmuşdur. Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.