Ağstafa rayonunun Dağkəsəmən kəndində yol-nəqliyyat hadisəsi
24.11.2015Noyabrın 24-də saat 18 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndində kənd sakini Qabil Salıfovun idarə etdiyi “VAZ-21013” və Qazax rayon sakini Səyalı Mirzəliyevanın idarə etdiyi “Kia” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Q.Salıfov hadisə yerində ölmüş, S.Mirzəliyevanın sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.