Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etdiyinə görə tutulmuş Bakı şəhər sakini Əfrasiyab Əlimovun digər cinayət əməlləri də müəyyən edilmişdir

24.11.2015

Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də Nəsibə Məlikovaya, Edilya Zöhrabovaya və Elşən Seyfullayevə məxsus mənzillərdən pul və mobil telefon oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əfrasiyab Əlimov tutulmuşdur. Ondan 0,340 qram heroin götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 24-nə keçən gecə Bakı şəhər sakini Rasim Qayınbəyova məxsus “KİA” markalı avtomobildən bankomat kartları və Südabə Sədiyevanın mənzilindən 50 manat, sənəd, qızıl və gümüş əşyalar oğurlaması da müəyyən edilmişdir.