Binəqədi rayonu ərazisindəki kafelərdən birində Türkiyə vətəndaşı N.Akdoğanı bıçaqla hədələyib pulunu, mobil telefonunu və qızıl əşyalarını almış Bakı şəhər sakini R.Rəhimov tutulmuşdur
22.11.2015Noyabrın 22-də Binəqədi rayonu ərazisindəki kafelərdən birində naməlum şəxs Türkiyə vətəndaşı Nail Akdoğanı bıçaqla hədələyib 60 manat pulunu, mobil telefonunu, qızıl saatını və qızıl üzüyünü almışdır.
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Rəhimov tutulmuşdur.