Hacıqabul rayonunun Qarasu kəndində yol-nəqliyyat hadisəsi
22.11.2015Noyabrın 22-də saat 08 radələrində Hacıqabul rayonunun Qarasu kəndində Yevlax rayon sakini Natiq Sarıyevin idarə etdiyi “KamAZ” və Sabirabad rayon sakini Rafiq Mustafayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Mustafayev və sərnişinlərindən həmyerliləri Mehralı Əliyev və Nurid Əliyev ölmüş, dilgər sərnişin xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.