Qanunsuz ov etmiş İmişli rayon sakini Vüsal Hümbətov və Etiram Əhmədzadə saxlanılmışlar
19.11.2015Saatlı rayonunun Dədə Qorqud kəndində qanunsuz ov etmiş İmişli rayon sakini Vüsal Hümbətov və Etiram Əhmədzadə Saatlı RPŞ və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları tərəfindən saxlanılmışlar. V.Hümbətovdan “TOZ-63” markalı ov tüfəngi və 24 ədəd patron, E.Əhmədzadədən isə “İJ-18” markalı ov tüfəngi götürülmüşdür.