Samux rayonunun Çobanabdallı kəndində yol-nəqliyyat hadisəsi
19.11.2015Noyabrın 19-da saat 09 radələrində Samux rayonunun Çobanabdallı kəndində Gəncə şəhər sakini Mehman İbrahimov idarə etdiyi “Daewoo” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə M.İbrahimov və sərnişinlərindən Gəncə şəhər sakini Xatirə Kərimova hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Samux RPŞ tərəfindən araşdırma aparılır.