Nəsimi rayonunun Moskva prospektində yaşayan Çingiz Abbasovun yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş vermişdir
19.11.2015Noyabrın 19-da saat 17 radələrində Nəsimi rayonunun Moskva prospektində yaşayan Çingiz Abbasovun yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə mənzilin qapı və pəncər çərçivələri dağılmış, orada təmir işləri aparan Bakı şəhər sakini Yuriy Əzimov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişdir.