Axtarışda olan paytaxt sakini Eldar Behbudov dələduzluqla bağlı müraciət əsasında müəyyən edilərək tutulmuşdur
17.11.2015Bakı şəhər sakini Pərizad Əzizova 2013-cü ilin fevral ayında paytaxt sakini Eldar Behbudovun onun etimadını qazanıb 5200 manatını alması barədə Yasamal RPİ 27-ci PB-yə müraciət etmişdir.
Araşdırma zamanı E.Behbudovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Behbudov tutulmuşdur.